BolgeXeber.Com » Xəbərlər » Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı BİABIRÇILIQ – FOTOFAKT

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı BİABIRÇILIQ – FOTOFAKT

1-10-2022, 15:34
Oxunub: 2 360 Zaqatalada abidə üzərində Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin adı səhv yazılıb.Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı fotolar sosial şəbəkələrdə yayılıb. Belə ki, rayonun Nizami prospektində, Zaqatala Mədəniyyət Evinin qarşısında yerləşən abidədə Hüseyn Cavidin adı “Hüseyin Cavid” formasında qeyd edilib.
Bununla yanaşı Azərbaycan şairi və xeyriyyəçisi olan Xurşidbanu Natəvanın adı isə “Xurşudbanu” kimi qeyd edilib. Fotofaktlar sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.
Qeyd edək ki, məsələ ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmadı.