Vanqanın 2023-cü il üçün proqnozları qorxu yaratdı
1-10-2022, 17:17
Oxunub: 2 544
Hər zaman proqnozları gündəmə gətirilən məşhur kahin Vanqanın 2023-cü il ilə bağlı dedikləri müzakirə mövzusu olub.
Musavat.com xəbər verir ki, 12 yaşında görmə qabiliyyətini itirən Vanqa gələn il baş verəcək fəlakətləri bir-bir sadalayıb.
Gələcəyi proqnozlaşdırdığı iddia edilən kahinlərin ən məşhurlarından biri olan Vanqanın 2023-cü il üçün verdiyi proqnozlar eşidənləri qorxuya salıb. Vanqa gələn il nüvə fəlakətinin, günəş fırtınalarının, bioloji silahların bəşəriyyəti təhlükə altına atacağını proqnozlaşdırıb.
Vanqa gələn il üçün Yerin orbitində dəyişiklik olacağını bildirib. Lakin təfərrüatlar dəqiqləşdirilməyib. Bu dəyişikliyin dağıdıcı nəticələrə səbəb olacağı bildirilir. Planetin orbitinin dəyişməsi təbiət tarazlığının pozulmasına səbəb ola bilər. Yer Günəşə yaxınlaşarsa, artan radiasiya və temperatur fəlakətin qapısını açacaq. Onu da qeyd etmək lazımdır ki, hazırda dünyada buzlaqlar sürətlə əriyir və dəniz səviyyəsi qalxır.
Vanqa böyük bir ölkənin insanlar üzərində bioloji silah araşdırması aparacağını və bu araşdırmaların minlərlə insanın ölümü ilə nəticələnəcəyini proqnozlaşdırmışdı. Lakin Birləşmiş Millətlər Təşkilatının Bioloji Silahlar Konvensiyası belə təcrübələri qadağan edir.
Baba Vanqa təbii doğuşların sonunu da proqnozlaşdırıb. Vanqanın proqnozlarına görə, hökumət liderləri bütün insan həyatının laboratoriyada həyata keçirilməsini tələb edəcəklər. Liderlər və tibb mütəxəssisləri kimin doğulub-doğulmayacağına qərar verəcəklər.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər