BolgeXeber.Com » Xəbərlər » ŞOK İDDİA: Ermənilər Turşsudan nələr daşıyır?

ŞOK İDDİA: Ermənilər Turşsudan nələr daşıyır?

7-03-2023, 15:39
Oxunub: 1 520

Bu gün (7 mart 20203-cü il) günorta saatlarında ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edən hərbi kolonunun görüntüləri yayılıb.


Bolgə.TV xəbər verir ki, Caliber.az-ın əldə etdiyi görüntülərdə qanunsuz erməni silahlılarının kolonunun Rusiya sülhməramlı kontingentin müşayiəti ilə hərəkət etdiyi açıq-aşkar üzə çıxır.


Kolonun önündə rus sülhməramlıların 2 ədəd “UAZ Patriot” maşını hərəkət edir, onun ardınca qanunsuz erməni silahlılara məxsus üstü çadırla bağlanmış yük maşını, “Kamaz” su maşını, arxada isə Rusiya bayrağı ilə BTR-82A zirehli texnikası gəlir.


Kolon qanunsuz erməni silahlılarını hərbi sursat və su ilə təmin etmək üçün gedir.