BolgeXeber.Com » Xəbərlər » Xilasedicilərimiz Türkiyədən geri qayıtdı

Xilasedicilərimiz Türkiyədən geri qayıtdı

8-03-2023, 19:24
Oxunub: 1 520

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 224 nəfərlik qrupu Vətənə qayıdıb.


Bolgə.TV xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib ki, bu, Vətənə qayıdan Qəhrəmanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur:


"Türkiyənin Qəhrəmanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti yollanmışdı. Artıq bu gün sonuncu qrup da Azərbaycana geri qayıdıb. Onlardan 5 nəfəri xanım həkimlərimizdir. Həmçinin yardım məqsədi ilə göndərilən mobil səhra hospitallarımız da artıq Türkiyədə fəaliyyətini yekunlaşdırıb".