Azərbaycanda zəlzələ ocaqları aktivləşib?- AÇIQLAMA
9-03-2023, 09:32
Oxunub: 1 208
Martın 8-də saat 10:14-də Cəlilabad stansiyasından 20 kilometr şimal-qərbdə, Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 4.2, dərinliyi 37 kilometr olan zəlzələ ətraf rayonlarda da hiss olunub
Bolgə.TV xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli vurğulayıb ki, baş verən zəlzələ ilə bağlı əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur.
Ümumiyyətlə, Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün "zəlzələ bölgəsi” hesab edilir. Əslində, hər gün zəlzələ baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.
Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır. Zəlzələdən sonra bölgədə avtoşokların olması isə həmin sahələrdə enerji boşalmasından irəli gələn əlamətlər hesab olunur. Buna görə də yer daxilində hərəkət daim var və təkanların olması da normaldır.
Xatırladaq ki, son günlər rayonlarda tez-tez zəlzələlər baş verir. Bu günlərdə, martın 4-də Hacıqabul rayonunda üç dəfə zəlzələ olmuşdu
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər