BolgeXeber.Com » Xəbərlər » Paşazadə Hacı Şahinə niyə soyuq münasibət göstərib?- ÖZÜ AÇIQLADI

Paşazadə Hacı Şahinə niyə soyuq münasibət göstərib?- ÖZÜ AÇIQLADI

9-03-2023, 17:40
Oxunub: 1 280

Qafqaz Müsəlmanları İdarəsi və Hacı Şahin Həsənli arasında münasibətlərin soyuq olmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu söz-söhbətlərin haradan qaynaqlandığını bilmirik. Allah Hacı Şahin Həsənliyə rəhmət eləsin. O bizim idarəmizin rəsmisi, Nəsimi rayon üzrə səlahiyyətli nümayəndəsi, Qazılar şurasının üzvü olub. Dini xadimlər səviyyəsində ən yüksək qurum Qazılar şurasıdır. İdarə də həmişə belə bir qazının olması ilə fəxr edib. Bir sözlə, o idarədə ən üst səviyyədə təmsil olunan şəxs idi”.


Bolgə.TV xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.


O bildirib ki, Hacı Şahin Həsənlinin dəfnində müavinlərdən bəziləri, eləcə də Qazılar şurasının üzvləri iştirak ediblər:


“Onları tanıyanlar bilirlər. Ona görə bu doğru yanaşma deyil. Sadəcə həmin ərəfədə böyük bir nümayəndə heyəti – Şeyxülislam başda olmaqla dini icma rəhbərləri, o cümlədən müavinlərdən ikisi Amerika Birləşmiş Ştatlarında idilər. Belə ki, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə idarənin böyük heyəti fevralın 27-dən Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olublar. Səfərlə bağlı mətbuatda da məlumatlar dərc olunub. Onlar burda olmadıqlarına görə dəfndə iştirak edə bilməyiblər.


Hazırda Təzə Pir məscidinin zalında hazırda Hacı Şahin Həsənlinin cümə axşamı mərasimi keçirilir. Şeyxülislam da başda olmaqda idarənin rəsmiləri hacının cümə axşamı mərasimində iştirak edirlər.


Hacı Şahin Həsənli idarənin ən üzdə olan, tanınmış şəxslərindən biri olub. Buna görə aralarında soyuq münasibətdən söhbət gedə bilməz”.


Rəhimə Dadaşova bildirib ki, vaxtilə Hacı Şahin Həsənli də Həcc ziyarəti zamanı zəvvarlara rəhbərlik edib:


“Bu, xüsusi vəzifə, imtiyaz deyil. Müxtəlif illərdə din xadimləri bu və digər qruplara rəhbər kimi təyin ediliblər. Hamısı bu işdə iştirak edib, o cümlədən də Hacı Şahin. Bu vəzifə deyil, sadəcə dini vacib aktların yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün din xadimlərimizi Həcc ziyarətlərinə cəlb etmişik. Həmişə olub və belə də davam edir”.


Qeyd edək ki, fəlsəfə professoru Niyazi Mehdi saytımızda bu gün yayımlanan müsahibəsində Hacı Şahinin dəfninə QMİ-nin soyuq münasibət göstərdiyi barədə danışıb: "İndi eşidirəm ki, Hacı Şahinlə Qafqaz Müsəlmanları İdarəsinin soyuqluğu olub, bu idarənin təmsilçiləri dəfn mərasiminə qoşulmayıblar. Belədirsə ayıb iş olub. Müsəlmanlar idarəsi bu dedi-qoduya aydınlıq gətirməlidir"