BolgeXeber.Com » Xəbərlər » Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ

10-03-2023, 11:52
Oxunub: 1 176

Qaz təchizatının yaxşılaşdırılması və fasiləsiz qaz təminatının təmin edilməsi məqsədi ilə bu gün Suraxanı rayonu, “Bahar” Qaz Tənzimləmə Məntəqəsində qaz tənzimləyicinin əvəz olunması və şəbəkə üzərində ehtiyat (baypas) xəttin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.


Azəriqaz İB-dən Bolgə.TV-yə bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsinin, Zığ bağlarının, Bahar, Dədə Qorqud, Sahil yaşayış massivlərinin və Suraxanı rayonunda yerləşən MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.