BolgeXeber.Com » Xəbərlər » Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

10-03-2023, 13:16
Oxunub: 1 080

Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Bolgə.TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.


Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq