BolgeXeber.Com » Xəbərlər » Ətrafa atəş açan şəxslə bağlı ŞOK AÇIQLAMA

Ətrafa atəş açan şəxslə bağlı ŞOK AÇIQLAMA

10-03-2023, 17:46
Oxunub: 1 136

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində yaralananların təsadüfən oradan keçdiyi deyilir


Bolgə.TV xəbər verir ki, bu barədə Globalinfo.az-a məlumat daxil olub.


İddia edilib ki, hadisədə yaralananlardan biri kuryerdir, digəri isə o ərazidə təsadüfən olub.


“Cinayəti törədən kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsdir”, – bildirilib.


Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.


Hələ ki, hadisəni törədən şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.