BolgeXeber.Com » Xəbərlər » Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

11-03-2023, 13:03
Oxunub: 1 272

Bakıda və Abşeron yarımadasında martın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Bolgə.TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.


Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti olacaq