BolgeXeber.Com » Xəbərlər » Novruz ərəfəsində bazarlarda qiymətlər necədir?

Novruz ərəfəsində bazarlarda qiymətlər necədir?

16-03-2023, 09:42
Oxunub: 1 256

Novruz bayramına artıq sayılı günlər qalıb. Hər kəs bayramda süfrəsinin neymətlərlə bol olmasını istəyir. Bəs mağaza və bazarlarda qiymət necədir?


Novruz süfrəsinin əsas atributlarından olan səməninin qiyməti 1-8 manat, şamların qiyməti isə 0.35-1 manat arası dəyişir.


Bu günlərdə ən çox istehlak olunan məhsullardan qoz 4-12, qoz ləpəsi 12-20, fındıq 5-6, fındıq ləpəsi 11-13, yerfındığı 6-7, badam 4-5, badam ləpəsi 17-25, xurma qurusu 3-5, iydə 5-7, innab 4-10, kişmiş 8-15, püstə 23-25, şabalıd 8-10, albuxara 7-8, ərik qurusu 13-17 manata təklif olunur. Qiymətlər məhsulun regionundan və keyfiyyətindən asılı olaraq dəyişir.


Mağazalarda Novruz süfrələrinin bəzəyi olan plov düyüsünün kilosu 4, sümüklü ət 11, sümüksüz 13, toyuq isə 4 manatdan başlayır.

 

Xonçaya qoyulan şirniyyatlardan - şəkərburanın kilosu 15, ədədi 1 manat, paxlavanın kilosu isə 12 manatadır.


Broyler yumurtanın qiyməti isə 0.16-0.19 qəpik arasında dəyişir.