BolgeXeber.Com » Xəbərlər » “AzerGold” QSC 2022-ci ildə rekord səviyyədə buruqqazma işi icra edib

“AzerGold” QSC 2022-ci ildə rekord səviyyədə buruqqazma işi icra edib

16-03-2023, 12:50
Oxunub: 1 480

Bolgə.TV xəbər verie ki, “AzerGold” QSC-nin fəaliyyətinin ən vacib istiqamətlərindən biri geoloji kəşfiyyat və tədqiqat işləridir


Cəmiyyət metal ehtiyatlarının artımına nail olmaq məqsədilə 2022-ci ildə əlvan metallar üzrə 53 min metr və qara metallar üzrə 31 min metr olmaqla, ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici olan ümumilikdə 84.4 min metr dərinliyində buruqqazma işi icra edib.


 2017-2022-ci illər ərzində isə əlvan metallar üzrə 252 min metr, qara metallar üzrə isə 53 min metr olmaqla, ümumilikdə 305 min metrdən çox buruq qazılıb.