BolgeXeber.Com » Xəbərlər » Yol polisləri məktəbdə şagirdlərlə görüşüblər

Yol polisləri məktəbdə şagirdlərlə görüşüblər

16-03-2023, 17:57
Oxunub: 1 320

Azyaşlılara təhlükəsiz davranış vərdişlərinin aşılanması, yol hərəkəti qaydalarının onlar arasında təbliğinin gücləndirilməsi və uşaq travmatizminin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Qazangül qəsəbə tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, tədbirdə məktəblilərə yol nişanları, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar barədə ətraflı məlumat verilib. Bu cür maarifləndirici tədbirlərin piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalmasında mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.


Sonda şagirdlərə yol nişanları barədə məlumatı özündə əks etdirən kitabçalar paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.