BolgeXeber.Com » Xəbərlər » Bu məhsullar gömrük rüsumundan azad olunub.

Bu məhsullar gömrük rüsumundan azad olunub.

17-08-2024, 17:18
Oxunub: 5 968
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub.
Bolgə.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Gömrük tarifi haqqında” qanuna edilmiş dəyişikliklə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialın və xammalın idxalı gömrük rüsumundan azad olunub.
Bundan başqa, Vergi Məcəlləsinə edilmiş dəyişikliklə isə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad edilib