M.Pənahov: "Bu günədək 155 nəfər namizədliyini irəli sürüb"
17-09-2010, 09:05
Oxunub: 5 930
O, siyasi partiyalardan 13-ü bloklar daxilində olmaqla 18 müraciətin edildiyini bildirib
2010-cu il parlament seçkilərində iştirak etmək üçün indiyə kimi 155 nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edib.” Bolgexeber”-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, namizədliyini irəli sürən 155 nəfərdən 131 nəfərinə dairə seçki komissiyalarından (DSK) imza vərəqələri verilib.
Sədrin sözlərinə görə, siyasi partiyalardan isə MSK-ya 13-ü bloklar daxilində olmaqla 18 müraciət edilib. 2010-cu il parlament seçkilərini müşahidə etmək üçün isə indiyə kimi 172 nəfər MSK-da qeydə alınıb.
M.Pənahov əlavə edib ki, MSK-nın və ATƏT-in Bakı ofisinin rayon İcra Hakimiyyəti başçılarının və DSK-ların iştirakı ilə parlament seçkilərinə hazırlıqla bağlı regional toplantıları keçiriləcək. İlk toplantı sentyabrın 20-də Bakıda keçiriləcək. Növbəti toplantılar isə sentyabrın 21-də Şirvan, sentyabrın 22-də Mingəçevir, sentyabrın 24-ü Naxçıvanda təşkil olunacaq.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər