Nərman Əliyev taxıl biznesinə girişib
6-10-2010, 15:40
Oxunub: 7 215
Hakim partiyanın namizədi kəndliləri ondan toxumluq buğda almağa məcbur edir
Masallıda yeni bir problem baş qaldırıb. Məlum olub ki, taxıl əkini dövründə əhali bir sıra sıxıntılarla üzləşməli olublar. Xüsusən də toxumluq buğda məsələsində. Verilən məlumatlarda deyilir ki, hal hazırda rayonun əksər kəndlərində torpaq əkib-becərmək istəyən kəndlilərə zorla toxumluq buğda satılır.
Etibarlı mənbələrin verdiyi məlumatlarda vurğulanır ki, bu prosesin arxasında deputatlığa namizəd Nəriman Əliyev dayanır. YAP-ın namizədi olan sözügedən şəxsin eyni zamanda, xüsusən də seçki kampaniyası dövründə taxıl biznesinə girişməsi isə hamını təəccübləndirib. Bildirilir ki, N.Əliyevin rayonda iri taxıl anbarı var və orada əsasən toxumluq buğda saxlanılır. Masallıda ən baha toxumluq buğdanın kilosu 30 qəpiyə olduğu halda, deputatlığa namizədin satışa çıxardığı məhsulun bir kilosu 50 qəpiyədir. Baha olduğu üçün bundan imtina edən kəndlilər isə bunun qarşılığında ciddi təhdidlərlə üzləşməli olublar.
Məlumatlarda deyilir ki, Nərman Əliyev kəndlilərə xəbərdarlıq edib ki, əgər onun toxumluq buğdasını almasalar, dövlət büdcəsindən ayrılmış kompensasiyadan əllərini üzməlidirlər. Eyni zamanda, başqa toxumluq buğdanı əkdikləri təqdirdə sığortadan da gözlərini çəkməlidirlər.
“Bolgexeber.com”-a çatan məlumatlarda vurğulanır ki, bu məsələ ilə bağlı əsas problemlər Masallının çöl kəndlərində yaşanır. Bildirilir ki, əkinçiliklə məşğul olan həmin kəndlərin sakinləri faktiki olaraq çətin vəziyyətdə qalıblar. Maraqlı məqam odur ki, Nəriman Əliyevin əsas seçici bazası bu kəndlərdədir. O səbəbdən də onun biznesi üçün belə risqli oyuna getməsi qətiyyən başadüşülən deyil.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər