Donald Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır
25-04-2017, 14:44
Oxunub: 3 037
ABŞ Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək
"Report" "Foreign Policy" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir.
Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını ehtiva edir.
Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq.
Sənəddə, həmçinin ölkə xaricində layihələrlə məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı yer alıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər