Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb
13-09-2017, 11:48
Oxunub: 2 999
Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı hoteldən naməlum istiqamətdə yola çıxıb
Bolgexeber.com Ölkə.Az-a istinadla məlumat verir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Axşam saatlarında Saakaşvilinin qaldığı hotelin foyesində izdiham olub. Onlar arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. Sonra isə onlar qəflətən küçəyə çıxıblar və "Donbass" batalyonunun mikroavtobusu və digər nəqliyyat vasitələrinə əyləşərək, naməlum istiqamətdə hərəkət ediblər.
Saakaşvilinin bir neçə cangüdəni hoteldə qalaraq, jurnalistlərə bildiriblər ki, siyasətçi heç yerə getmək fikrində deyil və hoteldə gecələyəcək. Amma qəflətən liftdən çıxan Mixeil hotel qapısından çölə çıxıb. Mühafizəçi Saakaşvilinin iş dalınca getdiyini bildirib. Bir müddət sonra mikroavtobus hotelə qayıdıb. Amma jurnalistlər Saakaşvili və nümayəndə heyətini görə bilməyiblər. Hotelin işçiləri də siyasətçinin geri qayıtmadığını bildiriblər.
Çox Oxunanlar
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 13-05-2024, 10:37 : Sədərək Ticarət Mərkəzində yanğın baş verib? - Rəsmi
Gündəm / Ölkə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 6-05-2024, 15:56 : “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir
Analitika / Xəbərlər
- 6-05-2024, 16:01 : Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub
Analitika / Xəbərlər
- 6-05-2024, 14:37 : Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir
Analitika / Xəbərlər
- 13-05-2024, 17:32 : Mariya Stadnikə ağır itki
İdman