BolgeXeber.Com » Siyasət » 3 min şəhidin ölüm kağızına qol çəkmişəm- Əli Əsədov

3 min şəhidin ölüm kağızına qol çəkmişəm- Əli Əsədov

17-03-2023, 17:22
Oxunub: 1 464

Vətən müharibəsində şəhid olan 3 min şəxsin hər birinin ölüm kağızına mən qol çəkmişəm.


Bolgə.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.


Əli əsədov deyib ki, Prezident və Birinci vitse-prezident, dövlətimiz bu insanlara yüksək qayğı ilə yanaşır:


"Ev, maşın, varisləri ilə bağlı qayğılar, adlarının əbədiləşdirilməsi ilə əlaqədar addımlar atılır. Bir məqamı da deyim. Azərbaycanda 4500-ə yaxın məktəb var, 3600-ə qədərinə ad verilib. Bəzi hallarda şəhidlərimiz eyni məktəblərdə oxuyub. Hesab edirəm ki, ən azı məktəblərə şəhid adları verilə bilər. Küçələrə gəlincə, arxayınıqmı ki, o adları versək, şəhid ailələri onu qəbul edir? Bu məsələyə baxılır”.