Cahit Bağçı Azərbaycana təşəkkür edib
21-03-2023, 11:50
Oxunub: 920
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycana təşəkkür edib.
Bolgə.TV xəbər verir ki, bu barədə səfir tvitter hesabında qeyd edib.
"Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Aİ Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə edən can Azərbaycana və digər bütün ianəçi ölkələrə təşəkkür edirik", - deyə bildirib.
Qeyd edək ki, Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar. Konfransda Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub
Çox Oxunanlar
- 26-05-2023, 12:17 : Sevilya - Roma: 1xBet Avropa Liqasının finalını təhlil edirik
Xəbərlər / Ölkə
- 13-05-2023, 18:10 : “Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır
Xəbərlər / Ölkə
- 9-05-2023, 18:29 : Günel həm "Banu"dan, həm də ölkədən getdi
Şou-Biznes / Xəbərlər
- 20-05-2023, 18:24 : Müxalifət siyasətə belə yanaşır - Ərdoğan
Dünya / Xəbərlər
- 27-05-2023, 18:20 : Rusiya MN-ə məxsus “Niva” vuruldu: ölənlər var
Dünya / Xəbərlər
- 12-05-2023, 13:04 : Kamaləddin Qafarov: “Heydər Əliyev qəlbimizdə hər zaman xilaskar kimi yaşayacaq”
Analitika / Xəbərlər
- 9-05-2023, 10:48 : Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib”
Analitika / Xəbərlər
- 13-05-2023, 11:32 : "Qarabağ" bu gün çempionluğu təmin edə bilər
İdman / Xəbərlər
- 11-05-2023, 18:14 : Depressiyanı müalicə edəcək yeni üsul
Sosial / Xəbərlər
- 10-05-2023, 18:53 : “AzerGold” QSC-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qanvermə aksiyası təşkil edilib
Bölgə / Xəbərlər