BolgeXeber.Com » Siyasət » Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

21-11-2024, 15:52
Oxunub: 1 232
Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) X hesabında bildirilib.
"Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub.