Prezidentdən əmək pensiyası ilə bağlı sərəncam - Artırıldı
23-12-2024, 16:40
Oxunub: 1 200
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.
Bolgə.TV xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.