Qubada saxlanılan şəxslərdən 8 kq narkotik vasitə aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.
Bolge.Tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, həmin şəxsdən 6 kiloqram marixuana 2 kiloqrama yaxın heroin və metadon həblər aşkarlanıb.
Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.