Razılıq əldə olundu: “Bütün məsələlər müzakirə olunacaq”
Rusiya tərəfi Prezident Vladimir Putinlə Prezident İlham Əliyev arasında gözlənilən görüşə nikbin ruhda hazırlaşır.
Bolge.Tv xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iki ölkə liderlərinin görüşündə ikitərəfli münasibətlərdə mövcud olan bütün məsələlərin, o cümlədən problemli məqamların da müzakirəsi gözlənilir.
“Bu gün iki prezidentin görüşəcəyi barədə razılıq əldə olunub. Görək, nəticə necə olacaq. Biz bu məsələdə optimistik yanaşırıq. Hesab edirik ki, prezidentlər münasibətlərin hazırkı vəziyyətini və mövcud problemləri ətraflı müzakirə edəcəklər”, – deyə Peskov bildirib.
O əlavə edib ki, Putinlə Əliyev arasında bundan öncə baş tutan telefon danışığı da yaxşı, müsbət və konstruktiv olub və məhz həmin söhbət zamanı Düşənbədə keçiriləcək görüş barədə razılıq əldə edilib.