BolgeXeber.Com » Bölgə » Salyanda internat məktəbində partlayış baş verib

Salyanda internat məktəbində partlayış baş verib

7-01-2012, 17:30
Oxunub: 5 186 Salyan rayonunda internat məktəbinin qazanxanasında partlayış baş verib.

Bu barədə Bolgexeber.com-un Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin Salyan rayon Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, bu gün səhər saatlarında Salyan şəhər internat məktəbinin qazanxanasında partlayış baş verib. Partlayışın dalğası güclü olduğundan ümumi sahəsi 15 kv. metr olan qazanxananın divarları uçaraq dam örtüyü yerə çöküb. Partlayış yanğınla müşayiət olunmayıb. Təsadüf nəticəsində qazanxananın operatoru xəsarət almayıb. Belə ki, operator Məmmədhəsən Axundov qazanxananın yaxınlığındakı su çəninin kranında təmir işi apararkən qəfil partlayış baş verib. Partlayışın səbəbləri məlum deyil.

Faktla bağlı FHN-in qurumları araşdırma aparır.