Azərbaycanda görünməmiş dələduzluq
10-01-2012, 19:30
Oxunub: 5 485
35 yaşlı qadın mühasib xəstəxana işçilərinin pulunu alıb ölkədən qaçdı
Tərtər rayonunda əhaliyə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş şəxs Rusiyaya qaçıb. Bolgexeber.com-un məlumatına görə, Qapanlı kənd sakini, 1977-ci il təvəllüdlü Xəlilova Gülafət Yaqub qızı Tərtər sakini Fizzə Əliyeva, Rahilə İmanova, Aygün Əhmədova, Afaq Şeydayeva, Şövkət Rzayeva, Xədicə İsmayılova, Zeynəb Məmmədova və Sabir Məmmədovun etimadını qazanaraq, onlardan külli miqdarda pul alıb.
Saytımızın əldə etdiyi digər məlumata görə, G.Xəlilova Tərtər rayon Mərkəzi xəstəxanasının mühasibidir. O, əsasən həmin xəstəxananın işçiləri olan yuxarıda adları qeyd olunan şəxslərə müxtəlif problemlərini həll edəcəyi ilə bağlı söz verib və ümumilikdə 40 min manatdan artıq pul alıb. Lakin söz verdiyi məsələləri həll etməyən 35 yaşlı mühasib qəfildən yoxa çıxıb. Məlum olub ki, G.Xəlilova Rusiyadadır və geri qayıtmaq fikri yoxdur.
Artıq faktla əlaqədar bütün materiallar toplanılıb və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş başlanılıb. Araşdırmalar davam etdirilir. G.Xəlilova tezliklə ölkəyə qayıtmasa, onun axtarışa verilməsi gözlənilir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman