Qar Lerikin 70 kəndini işıqsız qoydu
21-01-2012, 10:45
Oxunub: 4 883
Lerik rayonuna güclü qar yağıb.
Rayonun sakininin Bolexeber.com-a verdiyi məlumata görə, dünən axşamdan yağmağa başlayan qarın qalınlığı artıq 80-90 santimetrə çatıb. Qarın ağırlığından Şingədulan kəndindəki elektrik yarımstansiyası qəza vəziyyətinə düşüb, onlarla elektrik dirəyi aşıb, naqillər qırılıb. Güclü qar həmçinin nəqliyyatın hərəkətini də iflic vəziyyətə saldığından yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsi kəsilib.
Lerik Rayon Icra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov da açıqlamasında bu dağlıq yaşayış məntəqəsinə güclü yağıntının düşdüyünü, nəticə etibarı ilə rayonun elektrik təsərrüfatına ciddi ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, həyata keçirilən bərpa işləri sayəsində rayon mərkəzi də daxil olmaqla, əksər yaşayış məntəqələrinə enerjinin verilişi təmin olunub. Bununla belə 70-ə yaxın kənd hələ də işıqsız qalıb. H.Məlikov hava şəraitinin imkan verəcəyi təqdirdə digər yaşayış məntəqələrinə də enerji verilişinin tez bir zamanda bərpa olunacağını qeyd edib.
Hazırda rayonda qar yağmaqda davam edir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman