Sinif yoldaşını öldürdü
28-01-2012, 10:30
Oxunub: 5 066
Qazax rayonunda qətl hadisəsi törədilib
Rayon Prokurorluğundan Bolgxeber.com-a verilən məlumata görə, yanvarın 27-si saat 23 radələrində rayonun Daş Salahlı kənd sakini 1990-cı il təvəllüdlü Abdullayev Vüqar Eyyub oğlu öz həmkəndlisi 1990-cı il təvəllüdlü Xəlilov Çingiz Tofiq oğlunu bıçaqlayıb. Bıçaq Ç.Xəlilovun bud nahiyəsinə tuş gəlib və qan damarlarını zədələyib. Nəticədə yaralının çoxlu qan itirməsini görən V.Abdullayev onu maşınla Qazaxın mərkəzi xəstəxanasına çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib. Hər iki gənc orta məktəbin eyni sinfində oxuyublar. V.Abdullayev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb.
Araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman