BolgeXeber.Com » Bölgə » Sabirabadda faciəli ölüm

Sabirabadda faciəli ölüm

2-02-2012, 15:15
Oxunub: 5 090 Kəndin baytar həkimi özünü asıb

Sabirabad rayon Azada kənd sovetliyi uzrə baytar işləyən və həmin kəndin sakini 1964 ci il təvəllüdlü Qurbanov İlham Maşallah oğlu özünü həyətindəki dirəkdən asıb.

Əməkdaşlarımızın verdiyi məlumata görə hadisə yanvarın 31-i, saat səhər 9 radələrində baş verib.

Ailəsinin Bolgexeber.com-un əməkldaşlarına verdiyi məlumata görə evdə heç bir narazılıq olmayıb. “Səhər yemək yedikdən sonra ona telefon zəngi gəldi və o telefon zəngindən 5 dəqiqə sonra özünü öldürdü”

Rayon Pİ–dən saytımıza verilən xəbərə görə hazırda telefon polis idarəsindədir və bununla bağlı 4-5 nəfər istintaqa cəlb olunub.

Mərhum Qurbanov İlham ailəli idi və 4 övlad vardır.