Sumqayıt dünyanın ən eybəcər şəhəri elan edildi
6-03-2012, 15:40
Oxunub: 4 515
Avstraliyanın səyahət saytı “travel.ninemsn.com.au” dünyanın 7 ən eybəcər şəhərini müəyyənləşdirib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsində Aytəkin Əlizadə adlı istifadəçi informasiya yayıb. Siyahıda birinci yeri Azərbaycanın Sumqayıt şəhəri tutur. Sumqayıtı təsvir edən məqalədə yazılıb:
“Neft paytaxtı olan Bakı Sumqayıtla müqayisədə utopik dərəcədə müsbət görünür. Sumqayıt böyüklüyünə görə, Azərbaycanın üçüncü şəhəridir. Dəniz sahilində yerləşən bu şəhər nə vaxtsa kurort şəhəri olmalıydı. Ancaq bura sənayeni köçürdülər. Sovet Ittifaqı Sumqayıtdan kimyəvi məhsullar mərkəzi düzəltmək qərarına gəldi. Nəticədə şəhər paslanmış kimya zavodları, çirkli borular şəhərinə çevrildi. Şəhərin görməli yerləri içərisində ”Uşaq qəbiristanlığı”na rast gəlmək olar. Bura ətraf mühitin çirklənməsi nəticəsində fiziki eybəcərliklər və psixi çatışmazlıqlarla doğulan minlərlə uşağa məzar olub”.
Siyahıda Qvatemalanın Qvatemala Siti, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad, Moldovanın Çisnau, Perunun La Oroya, Myanmanın Neypido və Paraqvayın Syudad-Del-Este şəhərləri yer alıb.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman