Goranboyda toy qana bulandı
17-03-2012, 18:05
Oxunub: 5 333
Polis Akademiyasının müdavimi ölüb, 3 nəfər də yaralanıb
Goranboy rayonunda toya gedən maşın qəzaya uğrayıb. Bolgexeber.com-un verdiyi məlumata görə, hadisə saat 13:30-da Bakı-Qazax yolunun 315-ci km-də baş verib.
Bakı şəhər sakini Vaqif Rüstəmovun idarə etdiyi 90 RL 598 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü, onun sərnişinləri, Goranboy rayonunun Aşağı Bala Kürd kəndinin sakinləri Qumru və İzzət Hacıyevlər, eləcə də Polis Akademiyasının müdavimi, 1990-cı il təvəllüdlü Cavid Eminov yaralanıb. C.Eminov xəstəxanaya aparılarkən yolda keçinib. Digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Qızılhacılı kəndindəki toydan çıxan “Mercedes” markalı avtomobil ötmə əməliyyatı zamanı aşıb. Yaralılar yoldan keçənlərin köməyi ilə Goranboy rayon Xəstəxanasına çatdırılıblar.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman