Göyçayda "Mersedes" dərəyə uçub
25-03-2012, 12:25
Oxunub: 3 996
Göyçay rayonunda avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb, maşın yanıb və sürücü xəsarət alıb.
Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə hadisə bu gün axşam saat 20:30 radələrində Qaraməryəm-Müsüslü yolunun 3-cü kilometrliyində, Aşağı Qaraməryəm kəndi ərazisində qeydə alınıb. Alxasafa kənd sakini 1966-cı il təvəllüdlü Qasımov Qorxmaz Əbülfəz oğlu 90-LZ-841 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobilini yüksək sürətlə idarə edərkən yoldan çıxararaq dərəyə aşırıb. Yoldan 30 metr dərinlikdə olan dərəyə düşən avtomobilin mühərrikində qısaqapanma səbəbindən yanğın baş verib və beş dəqiqə ərzində maşın tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə bir yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Avtomobilin sürücüsü Q.Qasımov yanğın baş verən anda özünü avtomobildən kənara ataraq yüngül xəsarətlə hadisədən xilas ola bilib. Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman