MTN-nin polkovniki öldürülüb
6-04-2012, 17:45
Oxunub: 4 662
Gəncədən əldə etdiyimiz qeyri-rəsmi, ancaq dəqiq xəbərə görə, şəhərin Nizami rayonunda baş verən silahlı insident heç də bu gün səhər başlamayıb
Mötəbər mənbədən aldığımız xəbərə görə, hadisə dünən axşamdan başlayıb. Radikal dini qruplaşmanın üzvü olan bir şəxs FHN işçilərinin üstünə halqası çəkilmiş qumbara atıb və partlayış nəticəsində yaralananlar olub. Bundan sonra digər hüquq-mühafizə orqanları da işə qarışıblar. Təbriz küçəsində evə qapanan silahlı şəxsə də kömək gəlib və onlar MTN və polis işçilərinə müqavimət göstəriblər.
Müqavimət bütün gecə boyu davam edib, bu səhər isə atışma daha da şiddətlənib. Həmin şəxsin Dağıstandan gəlmiş, milliyyətcə ləzgi olan və vəhhabi təriqətinə məxsus şəxs olduğu bildirilir. O və yaxın adamları Gəncədə "Hücrə evi" adlı mərkəz yaradıblarmış.
Mənbənin verdiyi xəbərə görə, hazırda Gəncədə qarışıqlıqdır, gərginlik son həddə çatıb. Hökumət qüvvələri tərəfindən ölən şəxsin polkovnik rütbəsi daşıdığı bildirilir.
Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.
Bundan əlavə olaraq hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, həlak olan MTN-in xüsusitəyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Vəli oğlu Quliyevdir. Nazirliyin xəsarət alan digər 3 əməkdaşı isə Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman