Azərbaycanda ana 7 yaşlı qızını boğaraq öldürüb
13-04-2012, 10:00
Oxunub: 4 465
Hadisəni törədən ana 9 il əvvəl 4 aylıq körpəsini də suda boğub
Goranboyun Balakürd kəndində dəhşətli qətl baş verib. Kənd sakini, 40 yaşlı Pərvanə Kərimova birinci sinifdə oxuyan qızı Nüranə Quliyevanı boğaraq öldürüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisəyə məktəblinin dərslərinə yaxşı hazırlaşmamasının səbəb olduğu bildirilir. Ana övladını döydükdən sonra boğaraq öldürüb.
Yerli hüquq-mühafizə orqanlarından APA-nın Qarabağ bürosuna bildirilib ki, P. Kərimova 2003-cü ildə 4 aylıq oğlunu da suda boğaraq öldürüb. 9 il əvvəl cinayət məsuliyyətinə cəlb edilən Pərvanə Kərimova Gəncə Ruhi Əsəb Dispanserində müalicə olunub.
O, növbəti dəfə övladını öldürdükdən sonra ağır stress vəziyyətində Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman