Daşkəsəndə ailə faciəsi: 2 ölü, 4 yaralı
15-05-2012, 10:25
Oxunub: 4 595
Mayın 14-də Daşkəsən rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Daşkəsən-Gəncə yolunun 29-cu kilometrliyində 90 FM 761 nömrə nişanlı “VAZ 2107” aşırımdan çaya aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 1938-ci il təvəllüdlü Quliyeva Maral Həsən qızı və onun nəvəsi, 2006-cı il təvəllüdlü Quliyeva Maral Zəki qızı aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
Avtomobildə olan digər sərnişinlər – 1962-ci il təvəllüdlü Quliyeva Nailə İmran qızı, 1961-ci il təvəllüdlü Məmmədova Rufa İdris qızı, 1993-cü il təvəllüdlü Məmmədova Bilqeyis Şakir qızı, həmçinin sürücü 1990-cı ildə anadan olmuş Qarayev Elnur Qaraş oğlu ağır vəziyyətdə xəstəxanaya aparılıblar.
Faktla əlaqədar araşdırma aparılır.
Qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər