Nazirlik Qəbələdə istirahət mərkəzini sökdürdü
17-05-2012, 13:45
Oxunub: 4 634
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru tənbeh edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 72-ci kvartalının 15-ci bölməsində qanunsuz tikinti aparılması ilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, araşdırma zamanı sözügedən ərazidə Qəbələ rayonu Vəndam kənd sakini Coşqun Bağırov tərəfindən əhaliyə iaşə xidmətinin göstərilməsi məqsədilə qanunsuz olaraq (20 m2 və 32 m2 ölçüdə) istirahət və mətbəx təyinatlı otaqların inşa edildiyi aşkar edilib. Sözügedən qanunsuz tikililər təqsirkar şəxs tərəfindən könüllü olaraq sökülüb.
C.Bağırov tərəfindən meşə sahəsində qanunsuz olaraq əsaslı tikinti aparılması nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.1998-ci il tarixli 219 saylı Qərarının tələbləri pozulmuş, lakin qanunpozucusu barəsində Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən qanunamüvafiq qaydada tədbir görülmədiyi üçün ETSN tərəfindən müəssisənin direktoru barəsində qanunvericiliyə uyğun qaydada intizam tənbeh tədbiri görülüb.
Meşə fondu torpaqlarında qanunsuz olaraq əsaslı tikintilərin inşa edilməsinə qarşı nəzarətin gücləndirilməsi məqsədilə isə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə və 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə ciddi tapşırıqlar verilib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər