İcra başçısı ilə prokuror əlbəyaxa olub?
28-05-2012, 10:40
Oxunub: 3 849
Mahir Quliyevlə Seyfəddin Həsənovun parkda dava etdiklərinə dair məlumat yayılıb
Məmurlar arasında vaxtaşırı narazılıqların olduğu, hətta bu münasibətlərə bəzi hallarda güc yolu ilə aydınlıq gətirildiyinə dair məlumatlar mövcuddur. Dünən isə bununla bağlı daha bir məlumat yayılıb.
Tia.az saytı sosial şəbəkələrdə yayılmış məlumata əsasən xəbər verir ki, məmurlar arasında güclə müşahidə olunan narazılıq Biləsuvarda baş verib. Facebookda məlumat yayan mənbənin iddiasına görə, iki gün öncə rayonun mərkəzində yerləşən Heydər Əliyev Parkında Biləsuvarın icra başçısı Mahir Quliyevlə rayonun prokuroru Seyfəddin Həsənov əlbəyaxa olublar.
Həmin məlumatlarda o da iddia olunur ki, yaşanmış insidentlə bağlı videogörüntülər var və onlar yaxın günlərdə sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq.
Məlumatı gec əldə etdiyimizdən qarşı tərəflərin mövqeyini öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər