BolgeXeber.Com » Bölgə » Finca ölüdən də pul qazanmaq istəyir

Finca ölüdən də pul qazanmaq istəyir

4-06-2012, 00:40
Oxunub: 4 414 Azər Həsənov: “Təşkilat qətlə yetirilmiş qardaşımın borcunu bizdən almaq istəyir”

Finca qeyri-bank kredit təşkilatından şikayətçilərin sayı durmadan artır. Dünən bununla bağlı TİA.AZ saytının elektron ünvanına daha bir şikayət daxil olub. Cəlilabad rayonu, Ocaqlı kənd sakinin Azər Həsənov yazır ki, 29 aprel tarixində Nərimanabad qəsəbəsindən olan Əskərov İsmayıl Elnur oğlu adlı biri onun ailə üzlərinə bıçaq xəsarətləri yetirib.

Nəticədə atası Həsənov Xurşud və qardaşı Həsənov Afət vəfat edib, o və qardaşı Yasər isə çoxsaylı xəsarətlər alıblar. “ Bu ağır hadisədən sonra ailəmizə ikinci zərbəni Finca qeyri-bank kredit təşkilatı vurub. Faciəli şəkildə öldürülən qardaşım Həsənov Afət Finca-nın Cəlilabad fililalından 1000 manat kredit pul götürmüşdü. Onun 8 ayını hər ay 107 manat olmaqla ödəmiş, 4 ayı, yəni təxminən 400 manat məbləğində borcu qalmışdı. İndi bankın işçiləri üstümüzə düşüblər ki, həmin pulu ödəməlisiniz”.

Azər Həsənov yazır ki, Finca əsas gətirir ki, onlar müştərilərlə sığorta müqaviləsi bağlamırlar. “Qardaşım rəhmətə gedib, o pula mən zamin durmuşam, mənimsə əlimə 40 yerdən tikiş atılıb, əməliyyat olunmuşam, şikəst vəziyyətə düşmüşəm. O biri qardaşım Yasər 2-ci qrup əlil idi, ona da bu hadisədə baş nahiyəsinə və qoluna bıçaq zərbələri dəyib. Xəstəxanalara və iynə-dərmanlara külli-miqdarda pulumuz çıxıb. İndi də bunlar üstümüzə düşüblər ki, pulu ödəməlisiniz. Belə inafsızlıq olmaz!”

“Bunlar ölən adamdan da pul tələb edirlər” yazan Cəlilabad sakini vurğulayır ki, guya onlara hörmət dirlər. “Guya bizə hörmətləri o olacaq ki, faiz pulunu çıxacaqlar, qalan pulu, 330 manatı isə ödəməliyik. Mən məcbur qalıb 107 manat bu ayın aylığını onlara ödədim, qalan ayları isə ödəməyə inkanım yoxdur”.

Şikayətçi qyd edir ki, Fincadan kütləvi şəkildə narazılıqlar olsa da, heç bir dövlət orqanı buna reaksiya vermir. “O pulu qardaşım Afət qrup halında götürmüşdü, Finca-nın işçiləri bildirirlər ki, əgər pulu verməsəniz, həmin pulu qrupun başqa işçiləri arasında bölüb onlardan alacağıq. Yəni narazılıq yaratmaq istəyirlər ki, qrup üzvləri olan həmkəndlilərimizi bizim üstümüzə salsınlar. Xahiş edirəm ki, bu özbaşınalığı respublika ictimaiyyətinin və dövlət orqanlarının diqqətinə çatdırın”.