Azərbaycanda ər arvadını amansızlıqla öldürdü
13-06-2012, 12:25
Oxunub: 4 201
İyunun 13-nə keçən gecə Ağcabədi rayonunda qətl hadisəsi törədilib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hüsülü kəndində kənd sakini 1960-cı il təvəllüdlü Məmmədov Rafiq Ramazan oğlu həyat yoldaşı 1965-ci ildə anadan olmuş Məmmədova Məlahət Ənvər qızını qətlə yetirib. Sərxoş vəziyyətdə olan 52 yaşlı kişi həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə öldürdükdən sonra könüllü olaraq polisə təslim olub.
R.Məmmədov ilkin ifadəsində deyib ki, hadisəni qısqanclıq zəmində törədib. O, bildirib ki, həyat yoldaşının ayağının baldır hissəsində göyərti görüb və bundan şübhələnib. Sərxoş vəziyyətdə olan kişi, həyat yoldaşının ona xəyanət etməsini iddia edib və bildirib ki, həmin göyərti öpüş yeridir. Əsəblərinə hakim ola bilməyən kişi qadını bıçaqlayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər