BolgeXeber.Com » Bölgə » Lənkəranda tələbə özünü 4-cü mərtəbədən atdı

Lənkəranda tələbə özünü 4-cü mərtəbədən atdı

26-06-2012, 11:30
Oxunub: 3 844 Lənkəranda intihara cəhd hadisəsi baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 18.30 radələrində rayonun Liman şəhərində qeydə alınıb. Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Aytən Telman qızı Yaqublu kirayədə yaşadığı Səməd Vurğun küçəsi, 47 saylı binanın dördüncü mərtəbəsindən özünü yerə atmaqla intihara cəhd edib. Onurğa sümüyünün və bel nahiyəsinin qapalı travması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 19 yaşlı qızın vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. İlkin versiya kimi isə Astara Pedaqoji Kollecinin tələbəsi olan A.Yaqublunun bir müddət öncə zorla qaçırılması səbəbindən intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.