İki nəfər maşında yandı
10-07-2012, 11:25
Oxunub: 4 564
Salyan rayonunda iki nəfərin yanıb ölməsi ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
Bolgexeber.com-un məlumatına görə, Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat idarəsinin müstəntiqi Qəzənfər Mansurov APA-ya bildirilib ki, hadisə iyulun 9-da saat 17.00 radələrində Ələt-Astara magistral yolunun 33-cü kilometrliyində, Salyanın Yenikənd kəndi ərazisində baş verib.
Bakı şəhəri Binəqədi rayon sakini, 1969-cu il təvəllüdlü Rasim Sahibzaman oğlu Şirəliyevin Rusiyaya məxsus idarə etdiyi KAMaz markalı yük maşını ilə Salyan rayonunun Xələc kənd sakini, Qobustan cəzaçəkmə müəssisəsinin əməkdaşı Rəsul Becan oğlu Fərzəliyevin idarə etdiyi “Qaz-31” markalı 10-MN-443 dövlət nömrə nişanlı maşınla toqquşub.
Hadisə zamanı “Qaz-31” qəfil alovlanmağa başlayıb. FHN-nin əməkdaşları hadisə yerinə gələrək, yanğını söndürüblər.
Lakin “Qaz-31” sürücüsü Rəsul Fərzəliyev və onun sərnişini və həmkarı maşının içərisində yanaraq ölüblər.
Faktla bağlı BDYP–nin istintaq və təhqiqat idarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər