Şəkidə toyda dava düşüb, xəsarət alan var
17-07-2012, 11:55
Oxunub: 3 994
Azərbaycanda toyda dava düşüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Kiş kəndində keçirilən toy mərasimində qeydə alınıb. Toyda iştirak edən bir neçə nəfər arasında rəqs üstündə dava düşüb. Nəticədə bir nəfər, 1974-cü il təvəllüdlü Namiq Nemət oğlu Musayev xəsarət alıb. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya bildirilib ki, hazırda yaralının vəziyyəti orta ağırdır.
Şəki şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb. Hazırda hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər