BolgeXeber.Com » Bölgə » Tağım komandirindən oğurluq edən əsgərin məhkəməsi başa çatıb

Tağım komandirindən oğurluq edən əsgərin məhkəməsi başa çatıb

18-07-2012, 01:45
Oxunub: 4 081 Gəncə Hərbi məhkəməsində 25 yaşlı Kürdəmir rayon sakini Bəbir Abbasovun məhkəməsin başa çatıb.

Bolgexeber.com-un məlumatına görə, hakim Vaqif Qədirovun sədrliyi ilə keçirilən prosesdə oğurluq maddəsi ilə təqsirli bilinən Bəbir Abbasova 400 manat pul cərimə cəzası kəsilib.

İttihama görə, B.Abbasov tağım komandiri Ayət Bağırovun çantasında hərbi sursat hesab edilən nişangahı oğurlayıb. Sonra nişangahı əsgər çayxanasında gizlədib.