BolgeXeber.Com » Bölgə » Balakəndə azyaşlı uşağıni ölümü ilə bağlı cinayət işi başlanıb

Balakəndə azyaşlı uşağıni ölümü ilə bağlı cinayət işi başlanıb

19-07-2012, 01:00
Oxunub: 3 969 Baş Prokurorluq Balakəndə azyaşlı uşağın faciəli ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 16-da Balakən rayonunun İtitala kənd sakini, 1999-cu il təvəllüdlü Hacıyev Vahid İbad oğlunun ekskavatorun kovuşunun üstünə düşərək ölməsi barədə Balakən rayon Polis Şöbəsindən daxil olan məlumat rayon prokurorluğunda araşdırılıb.

Müəyyən edilib ki, qeyd edilən tarixdə saat 18 radələrində kəndin ərazisindən keçən “Katexçay”ın kənarındakı qum karxanasında Tosov Rəşid Soltanməcid oğlu idarə etdiyi ekskavatorla qum yığarkən ekskavatorun kovuşu çayda çimib qum komasında uzanmış Vahid Hacıyevin üstünə düşüb. Ağır bədən xəsarətlərləri almış V.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.