BolgeXeber.Com » Bölgə » Goranboyda tikinti uçdu: 2 ölü

Goranboyda tikinti uçdu: 2 ölü

21-07-2012, 12:00
Oxunub: 4 180 Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, 2 nəfər - 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölüb.

Aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.