Yol qəzası: Ailədən 1 nəfər öldü, 3-ü yaralandı
25-07-2012, 11:30
Oxunub: 4 259
Şəki rayonu ərazisində ağır yol qəzası baş verib.
Qəza nəticəsində eyni ailənin bir üzvü ölüb, 3 üzvü ağır yaralanıb. Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki regional məntəqəsindən verilən məlumata görə, hadisə Şəki-Oğuz yolunun Şəki rayonu Oravan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1947-ci il təvəllüdlü, Oğuz rayonu Ərmənət kənd sakini Əfəndiyev Qəhrəman Şəfi oğlunun idarə etdiyi VAZ-2101 markalı avtomobil yol qəzasına düşüb.
Hadisə nəticəsində Q. Əfəndiyevin həyat yoldaşı, 1950-ci il təvəllüdlü, Nurcahan Əfəndiyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Q. Əfəndiyev və ailənin digər üzvləri Əfəndiyev Rza Qəhrəman oğlu, Əfəndiyeva Fəxrumə Əziz qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdiriliblər.
Hazırda onlarının vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyini(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Qərb şöbəsinin regional bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər