Qızı şantaj edən oğlanın başını kəsdilər
25-07-2012, 15:30
Oxunub: 3 891
Qızdan əl çəkməyən Amid qıza bir zamanlar aralarındakı münasibətləri lentə aldığını və həmin kadrları internetdə yayacağını deyib
Lənkəranın Avrora qəsəbəsində hər kəsi şoka sala biləcək ailə faciəsi baş verib. Bolgexeber.com-un məlumatına görə, qəsəbə sakini Amid Əliyev yaşadığı Rusiya Federasiyasında xüsusi işgəncə ilə qətlə yetirilib. Onu qətlə yetirənlər də öz soydaşlarımız olub.
Qətlin başvermə səbəbləri və təfərrüatları haqqında redaksiyamıza maraqlı bir məlumat daxil olub. Belə ki, 25 yaşlı Amid Əliyev hələ Rusiyaya getməmişdən qabaq lerikli bir qızla sevgi münasibətləri yaşayıb. Onlar əvvəl bir-birlərini seviblər. Sonra qızı ailəsi başqa biri ilə nişanlayıb. Qızdan əl çəkməyən Amid onu şantaj etməyə başlayıb və qıza bir zamanlar aralarındakı münasibətləri lentə aldığını və həmin kadrları internetdə yayacağını deyib. Bu məzmunda qıza bir çox hədələyici zənglər də gəlib. Baş verənlərdən şoka düşən qız özünü asaraq intihar edib.
Adını dəqiqləşdirə bilmədiyimiz həmin xanımın dayıları Amid Əliyevdən qisas almaq üçün hərəkətə keçiblər. Onlar yaşadıqları Rusiyada Amid Əliyevi tapıblar və onun əməllərinin cavabı kimi başını kəsərək qətlə yetiriblər.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər