Salyanda dəhşətli qətl hadisəsi baş verdi
27-07-2012, 16:00
Oxunub: 4 497
Rayon sakini arvadının başını kəsib, yeznəsini öldürüb, digər qohumuna isə ağır xəsarət yetirib
Salyanda dəhşətli qətl hadisəsi baş verib. Salyan rayon prokurorluğundan Bolgexeber.com-averilən məlumata görə, rayon sakini arvadının başını kəsib, yeznəsini öldürüb, digər qohumunu bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib.
Hadisə bu gün səhər saatlarında Salyan rayonunun Arbatan kəndində baş verib. Salyan rayonu Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Xəlil Ramil oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Axundova Kübra Abdulrəhim qızının başını kəsərək qətlə yetirib. Daha sonra Xəlil Hüseynov yeznəsi, 1975-cı il təvəllüdlü Gözəlov Zaur Nizami oğlunun qarın və sinə nahiyəsinə 6 bıçaq zərbəsi, Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Baxışov Cəlal Nizami oğlunun isə qarın boşluğuna bir neçə bıçaq zərbəsi endirib. Adı çəkilən şəxs daha sonra mağazalardan birinin vitrin şüşəsinə yalın əllə zərbə endirməklə özünü yaralayıb. Xəstəxanaya çatdırılan Zaur Gözəlov orada dünyasını dəyişib, Cəlal Baxışov isə əməliyyata götürülüb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Xəlil Hüseynov polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Salyan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər