BolgeXeber.Com » Bölgə » Şahin Seyidzadə Şimal-Şərq zonasında gənclərlə görüşdü

Şahin Seyidzadə Şimal-Şərq zonasında gənclərlə görüşdü

31-07-2012, 11:55
Oxunub: 4 042 Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının rəhbəri Şi-mal – Şərq regionlarına səfəri edib.

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) rəhbəri Şahin Seyidzadə Siyəzən, Şabran, Quba, Xaçmaz, Qusar şəhərlərində bir sıra görüşlər keçirdi.

Səfər zamanı ARGTMŞ – nın rəhbəri ilə Regional Gənclər və İdman İdarələri və sözü gedən regionların fəal təşkilatları arasında görüşlər keçirildi. Görüşlərdə Milli Şuranın üzvü olan təşkilatlarla (“Yaddaş”, “Gələcəyə Körpü” təşkilatları) Milli Şuranın üzvü olan regional təşkilatların perspektivləri və əsas problemləri, həmçinin ARGTMŞ-ın əsas strateji istiqamətlərindən biri kimi 2012 – 2014 –cü illərdə region gənclərinin fəallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Milli Şuranın rəhbəri Şahin Seyidzadə bunları qeyd edib: “Yaxın illərdə ARGTMŞ –nın əsas strateji istiqamətlərindən biri regionlarda gənclər və gənclər təşkilatlarının potensialının inkişafı olacaq.”

Səfər zamanı həmçinin Siyəzən, Şabran, Quba, Xaçmaz, Qusar şəhərlərinin Gənclər və İdman İdarələrinin rəisləri ilə görüşlər keçirildi. Görüşlər zamanı qarşılıqlı əməkdaşllıq perspektivləri, region təşkilatlarının region və ümumilikdə Respblika səviyyəsində gənclər siyasətinin inkişafında rolu haqqında müzakirələr aparıldı. Səfər zamanı həmçinin sözü gedən regionların fəal gənclər təşkilatları ilə də görüşlər keçirildi.

Yaxın gələcəkdə ölkənin cənub və mərkəzi regionlarına da analoji tanışlıq səfərlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası – bu ictimai birlik, 1995 – ci ildə yaranaraq 70 gənclər təşkilatını birləşdirir. Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür.