BolgeXeber.Com » Bölgə » Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb

Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb

16-03-2023, 17:59
Oxunub: 1 608

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə təhvil veriblər.


Bu istiqamətdə tədbirlər davam etdirilir.